Bakıda şok olay: Yüksək rütbəli məmurun bağ evi soyuldu
Avqustun 29-da axşam saatlarında Abşeron rayonu ərazisində oğurluq hadisəsi baş verib.
Görədil qəsəbəsindəki bağ evlərindən birində oğurluq hadisəsi olub.
Məlumatlı mənbənin saytımıza verdiyi xəbərə görə, ev sahibi yüksək vəzifəli məmurdur. Evdən konkret nəyin aparıldığı haqda dəqiq məlumat olmasa da, oğruların əliboş getmədikləri deyilir.
Hazırda əməliyyat axtarış tədbirlərinin həyata keçirildiyi bildirilir.