Naməlum kişi küçədə yıxıldı, küçəyə giriş-çıxış baglandı

Baxılıb:153
Naməlum kişi küçədə yıxıldı, küçəyə giriş-çıxış baglandı

Bakıda metronun “28 May” stansiyasının çıxışı yaxınlığında naməlum kişinin yıxıldığı bildirilir.
AzTimes.az oxu.az-a istinadən xəbər verir ki, onun koronavirus səbəbindən yıxıldığı və bu şübhə ilə xəstəxanaya aparıldığı iddia edilir.
Bildirilir ki, təhlükəsizlik məqsədilə polis həmin küçənin giriş-çıxışını bağlayıb.
“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, həmin şəxsin koronavirus xəstəsi olduğunu iddia etmək doğru deyil:
“Bu, yalnız şübhədir. Operativ qərargah da məlumat yayıb ki, daxili yoluxmalar var. Yəni Bakının istənilən yerindən bu şübhə ilə kimsə xəstəxanaya aparıla bilər”.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir