Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır.
APA-nın məlumatına görə, bu, Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsində əksini tapıb.
Layihə əsasən, hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif edilir.
Layihə Milli Məclisin martın 30-da keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.
AzTimes.az