Ulaşlı-şıxlı sakinlərinin içməli su ilə imtahanı -“Bizə dedilər ki, icra hakimiyyəti qarşısında mitinq edin”
AzTimes.az xəbər verir ki, artıq iki həftədən artıqdır ki, Göyçay rayon Ulaşlı -şıxlı kəndinə içməli su verilişi dayandırilıb. Sakinlər iddia edir ki, dəfələrlə quruma müraciət etsək də bizə “gedin icra hakimiyyəti qarşısında aksiya edin” deyirlər. Məsələ ilə bağlı “Birləşmiş Sukanal” MMC-nin Göyçay Sukanal Sahəsinin rəisi Soltan Mahmudovla əlaqə saxladıq. O, AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki, sakinlərin dediyinin əksinə olaraq kənddə üç gündür ki, su fasilələrlə verilir. Buna səbəb isə ötürücü mühərrikin yanmasıdır. Bu problem gün sonuna kimi aradan qaldırılacaq. Vətəndaşlara mitinq çağırışı etmək fikri heç bir həqiqəti əks etdirmir. Bizim vəzifəmiz xalqa xidmət edərək onların rifahını təmin etməkdir.
AzTimes.az