ETSN yetkilisinin açıqlaması-Meşəbəyinin maaş kartını 6 ildir ki, müdiri istifadə edibmiş

Baxılıb:354
ETSN yetkilisinin açıqlaması-Meşəbəyinin maaş kartını 6 ildir ki, müdiri istifadə edibmiş

Əvvəlcə xatırladaq ki, keçən sayımızda “Cabbar Qəribovun Gülnaz xanımla vakant yer bazarlığı necə olur?” başlıqlı araşdırma yazısı Tovuz rayonun Sarıtala icra nümayəndəliyinin Nəmxoş kənd sakini Əhmədov Ayaz Rasim oğlunun redaksiyamıza verdiyi məlumatlar əsasında hazırlanmışdır.  Xatırladaq ki, sabiq meşəbəyi Ayaz Tovuz Regional Meşə təsərrüfatı Birliyində son 6 ildə meşə gözətçisi kimi işləməsini, bu müddət ərzində onun maaş kartının MTBirliyin kadrlar şöbəsinin müdiri Gülnaz xanımda girov olduğu bildilmişdir. Bu adam 6 il ərzində nökər kimi işlədiyini və işinin xatirinə ona yazılan əmək haqqının faktiki üzünü görmədiyini bildirmişdir. Onun meşə gözətçisi olduğu İcra nümayəndəliyi ərazisindəki kəndlərin heç birində qaz təchizatı olmamışdır. Verilən məlumata görə kəndlərin qazlaşmasının qarşısını da yerli Meşə Təsəsrrüfatı Birliyi rəhbərliyi tərəfindən alınır. Səbəbi də budur ki, yerli sakinlər məcbur olub qışda meşə materialı alsınlar. Meşəbəyilər də dədəsinin qiymətinə ağacları kəsib rahatlıqla satsınlar. Əldə edilən pulların çox qismi də ETSN Meşələrin İnkişafı Depertamentinin rəhbəri cənab Cabbar Qəribovun ciblərinə getsin. Bir sözlə, belə anlama gəlirik ki, ETSN Meşələrin İnkişafı Depertamenti təbii sərvətlərimizi qorumaq əvəzinə, onu kəsdirib satmaqla xidməti  vəzifələrinə həm də xəyanət etmiş olyurlar.
    sabiq meşəbəyi olmuş Ayaz Əhmədov bildiri ki, Gülnaz xanım onun yerinə “yağlı” müştəri tapdıqdan sonra əmək müqaviləsinə vaxtı bitdiyi üçün xitam vermiş və yerinə 5000 manat rüşvət qarşılığında Səxavət adlı birisini onun yerinə işə götürmüşdür. Bu da ETSN rəhbərliyinin regionlarda tətbiq etdiyi qayda qanun hesab etmək olar. O da bildirilir ki, Gülnaz xanım onu işdən çıxarıb başqasını elə belə işə qoymayıbmış. Burada ETSN meşələrin İnkişafı Depertamentinin müdiri Qəribov Cabbarın birbaşa xeyir-duası ilə mıəslə həllini tapıb. Gülnaz xanım bildirmişdir ki, “Mən kiməm ki, özbaşına iş görürəm.? Deyirlər filankəsi çıxart filankəsi qoy.

Vəssəlam.”   Deməli, belə məntiqi nəticə çıxır ki, Səxavətin verdiyi 5000 mantdan Qəribov Cabbarın xəbəri olmuşdur. Yoxsa nə od düşübdür bu məmurun canına ki, Tovuzda hansısa kənddə meşəbəyi təcili surətdə başqası ilə əvəzlənməlidir. 
Bu məsləyə aydınlıq gətirilməsi üçün ETSN yetkilisi ilə telefon bağlantısı qurduq. Bildirildi ki, Gülnaz xanım Meşələrin İnkişafı Xidməti Depertamentinin insane resursları şöbəsi rəisi kimi mümkün ola bilməz ki, Tovuz rayonun hansısa kəndindən olan bir meşəbəyinin kartını 6 il müddətində özündə saxlamış olsun. Bəli, məsələnin müzakirəsi zamanı həm Ayaz Əhmədovun dedikləri, həm də ETSN yetkilisinin dediyi üst üstə düşdü. Belə ki, Ayaz ona verilmiş kartı Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri işləmiş Məmməd adlı müdirinə təhvil veribmiş. Müdir də 6 ildir ki, maaş kartını guya Gülnaz xanıma verəcəyini bildirmişdir. Deməli, buradan nəticə hasil olur ki, Tovuz RMTM-nin müdiri Ayaz Əhmədov kimi çox işçilərin maaş kartlarını baş idarənin kadrların rəisinə təqdim etmək adı altında götürmüş və şəxsən özü işçilərə düşən əmək haqlarını mənimsəmişdir. Təbii ki, prokuroluq tezliklə araşdırmaya başlayacağı təqdirdə A.Əhmədovun bankomata salıb pulu çıxaran şəxsin kimliyi fotofakt üzrə müəyyən ediləcəkdir. Baş vermiş cinayətə hüquqi qiymət vermək isə hüquq-mühafizə orqanlarının işidir. Qaldı ki, A.Əhmədovun yerinə Səxavət adlı şəxsin 5000 manat müqabilində təyin edilməsi məsələsinə də aydınlıq gətirən ETSN yetkilisi bildirdi ki, Gülnaz xanım işə qəbul zamanı hələ kimdənsə 1 qəpik belə təmənnası olmayıb. Bəli, biz də qarşı tərəfin fikirlərinə hörmətlə yanaşırıq. Və inanmaq istəyirik ki, əgər A.Əhmədovun peşəkar və stajlı bir işçinin əmək müqaviləsinə müddət bitdiyi əsas gətirilərək xitam verilirsə və həmin yerə meşəçilkdən anlayışı olmayan və ixtisası uyğun gəlməyən Səxavət adlı birisi ilə niyə yenidən əmək müqaviləsi bağlasın? AXI QANUNVERİCİLİYƏ GÖRƏ O ZAMAN ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERİLİR Kİ, ARTIQ BU VƏZİFƏYƏ BU VƏ DİGƏR SƏBƏBDƏN EHTİYAC QALMIR. Yəni, işçi ixtisara salınır və buna görə də onun əmək müqaviləsinə xitam verilir. Amma əmək müqaviləsinə xitam verilmiş işçinin yerinə başqa bir meşə anlayışı olmayan birisilə yenidən əmək müqaviləsinin bağlanması əsaslı şübhələrə yol açır. Ona görə də ETSN rəhbərliyi səviyyəsində biz rəsmi cavab gözləyirik.
Araşdırmamızın davamı olan “ Heydərov Fəttahdan fərqli olaraq Qəribov Cabbar niyə öz kəndinin qazlaşmasını istəmir?” başlıqlı yazıda isə Qəbələ rayonuna 25 il təyin olunmuş deputat Heydərov Fəttahın məhz Qəbəlınin “Tikanlı” kənd camaatını hədləyərək onları mağara şəraitində yaşadacağını, yəni, onun sağlığında bu kəndə nə qaz, nə körpü, nə dəki, asphalt yolun çəkilişinə imkan verməyəcəyini bildirməsi olmuşdur. Həqiqətən də deputat seçicilərinə verdiyi vədə əməl etmiş, insanları əzab əziyyət içində yaşatmağa məcbur etmişdir. Maraqlısı isə budur ki, deputatın ölümündən 4 il keçməsinə baxmayaraq bütün qonşu kəndlərdə təbii qazın verilməsinə baxmayaraq “Tikanlı” kənd camaatı yenə də min bir əziyyətə məhkum edilmişdir. Və bizə verilən məlumatda isə səhvən bildirilmişdir ki, ETSN Meşələrin İnkişafı Depertamentinin müdiri cənab Cabbar Qəribov Qəbələnin Bum kəndindən olsa da o yaxınlıqdakı “Tikanlı” kəndinə qaz çəkilişində nədənsə maraqlı görünmür. Bizimlə əlaqə yaradan ETSN yetkilisi isə bildirmişdir ki, əvvəlki xələflərinə nisbətən C.Qəribov sadə və ziyalı adamdır. Və o Qəbələ rayonundan yox, İsmayıllının Qurbanəfəndi kəndindəndir. Biz də redaksiya olaraq bu texniki səhvimizi düzəldirik. Amma bu o anlama gəlmir ki, C.Qəribov Qəbələnin “Tikanlı” kəndinin qazlaşmasında maraqlı olmalı deyil. Ola bilsin ki, Fəttahın oğlu nazir heydərov Kəmaləddinin qorxusundan “Tikanlı” sözünü belə tələffüz etməyə qorxur. Bəli, ola bilər. Bəs “Tikanlıda yaşayan şəhid ailələrinin, əlillərin, ziyalıların, bir sözlə arvad-uşağın günahı nədir ki, onlar bellərində kilometrlərlə yolu dağlı meşələrdən kol kosun içindən bellərində 3-4 km yolu quru odun bdaqları daşımağa məcbur olsun. Niyə bütün ətraf kəndlər təbii qazla təchiz olunduğu halda bu kənd lənətlənmiş bir yer olaraq qalmaqdadır? Əslində lənətlənəsilər bu kəndə barmaq silkələyənlər və hədləyənlər və bu hədələrin qüvvədə qalmasında maraqlı olan lənətlənmişlərdir.
Ümid edirik ki, dövlət başçısının şəxsi nəzarəti altında turizm marşurutuna daxil olan Qəbələnin “tikanlı” kəndinə də meşələrimizin qorunması naminə tezliklə təbii qazın verilməsi baş tutacaqdıtr. İnanmaq istəməzdik ki, cənab nazir Heydərov Kəmaləddin atası Fəttahın verdiyi vədə əməl etsin.
İfadetv.com-un araşdırma qrupu


Abunəlik