Ərdoğan 57 valini dəyişdi – SİYAHI
Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyənin 81 vilayətindən 57-nin valiləri dəyişdirilib.
Prezidentin müvafiq fərmanı “Resmi Gazete”də dərc olunub.
Ankara və İstanbula aid edilməyən kadr dəyişikliyinin səbəbləri açıqlanmır.
Müxalifət mediası isə Türkiyə hökumətinin və Milli Təhlükəsizlik Şurasının bu həftə baş tutan iclaslarından sonra qərarın verildiyinə diqqət çəkir.