Dənizdə batan 3 nəfərdən ikisi xilas edildi

Baxılıb:118
Dənizdə batan 3 nəfərdən ikisi xilas edildi

Lənkəranda dənizdə batan 3 nəfərdən ikisi xilas edilib.

Lənkəran rayonunun Sütəmurdov kəndində nəzarətsiz ərazidə 3 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.Dərhal əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilasediciləri cəlb olunub. Görülən tədbirlər nəticəsində Lerik rayon Ambu kənd sakinləri 16 yaşlı Asiman Quluzadə və 22 yaşlı Sadiq Cavad oğlu Rufullayev xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər.

Hazırda üçüncü şəxsin – Lerik rayonunun Bırkandul kənd sakini İsa Teyyub oğlu Əliyevin axtarışları davam etdirilir.


Abunəlik