Daha bir iş adamının ölkədən çıxışı məhdudlaşdırıldı
Bakıda 4 şirkətə rəhbərlik edən sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi 300 min manata yaxın vergi borcu olan Eyvazov Nazim Vasif oğlu barəsində iddia qaldırıb.
Sahibkar Nazim Eyvazovun Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna da borcu olması müəyyənləşib.
Məlum olub ki, sahibkarın qanuni təmsilçisi olduğu “Lman 2022Corp” MMC-nin 130527.73 manat, “Yayla 22 Company” MMC-nin 50917.30 manat, “Kral TT Constraksen” MMC-nin 44835.29 manat, “Bahar 22 Baku” MMC-nin 51555.16 manat vergi borcu var.
Məhkəmə qərar verib ki, Nazim Eyvazov borcları tam ödəyənədək ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılsın.