SAHİL BABAYEV YETİMİN HAQQINI YEYİR???

Baxılıb:186
SAHİL BABAYEV YETİMİN HAQQINI YEYİR???

Sonra deyirlər Səfər sərt yazır. Yazaram də, bu uşaqlar bu ölkənin vətəndaşıdır. Ata ölmüş atıb gedib. 1 il 8 aydır bu uşaqlara görə ata alment vermir. İcrada tədbir görmür. “Ata” deyilən o məxluq gedib oturub iranda. uşaqlara ana borc xərc ilə baxır. Sumqayıt şəhər icra şöbəsi rəsmi sənədlə təsdiq edib ki, bu 1 il 8 ay ərzində ata bir manatda olsun alment verməyib.

Ana 3 cü dəfədir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müraciət edir. İki dəfə imtina veriblər, əsasda onu göstərib ki, icra şöbəsi almentin ödənməsi ilə bağlı araiş verməlidir. Ana bu sənədi alıb 3 cü dəfə müraciət edib. İndi isə “evə baxmağa gələcəyik” bəhanəsi ilə 3 aydı uşaqların haqqı yeyilir.

Hörmətli Sahil Babayev, Mənim uşaqlığım Bərdə rayonunda keçib. Sizin əsil kökünüzü belə pis tanımıram. Sizin əminiz və doğmalarınız bərk gedənlərə qənim olsalar da, heç vaxt yetim haqqı yediklərini eşitmədim. Amma icazə verin deyim ki, siz bu iki uşağın haqqını yeyirsiz. Yetim haqqı pis olur. Verin yetimin haqqını. Ana bir gün gəlib nazirliyin qabağında etiraz etsə deyəcəksiniz ki, “TƏXRİBATÇIDIR” Təxribatçı deyil, uşaqları acdır.

Səfər Cavadov/AzTimes.az/


Abunəlik