Vamiq Nəsirova yeni vəzifə verildi

Baxılıb:120
Vamiq Nəsirova yeni vəzifə verildi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətinin rəhbəri Vamiq Nəsirov işdən çıxıb.

O bu barədə sosial şəbəkə hesabında məlumat verib.

V.Nəsirov bundan sonra əmək fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyində – şöbə müdiri kimi davam etdirəcək.

2005-ci ildə ANS TV-də jurnalist kimi fəaliyyətə başlayan V.Nəsirov 2007-ci ildən “Xəzər TV”-də “Xəbərlər”, “Xəzər aktual” verilişinin eləcə də, “Gündəm”, “32-ci gün”, “Tarixdə o gün”, “İcra vaxtı” verilişlərinin müəllifi və aparıcısı olub. O, Zirvəyə doğru” və “Sadiq dost” sənədli filmlərinin müəllifidir.

V.Nəsirov 2020-ci ilin iyulun 1-dən AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri olub.

O, 2016-cı il noyabrın 7-də Prezident İlham Əliyevin “Televiziya və radio işçilərinin təltif edilməsi haqqında” sərəncamına əsasən televiziya və radionun inkişafında ximətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub, 2020-2021-ci illərdə idman sahəsində ilin mətbuat katibi adına layiq görülüb.


Abunəlik