Dünyanı iflic edən bəlanın qaynağı nədir-Könül Rafiqqızı yazır

Baxılıb:359
Dünyanı iflic edən bəlanın qaynağı nədir-Könül Rafiqqızı yazır

Koronavirus haqqında konspirologiyaya varanlara məlumat:
Koronavuruslar ailəsinə daxil olan SARS-CoV-2 Çinin Vuhan şəhərinin bazarında satılan və çinlilərin sevə-sevə yediyi məməlilər sinfinə aid olan heyvanlardan insana keçərək, 2019-cu ilin dekabırının sonlarında qəfildən yayılmağa başladı. Koronavirus ailəsinə daxil olan viruslara xas xüsusiyyətiylə, operativ olaraq, insanın nəfəs yollarının (mukozasının) hüceyrələrini zəbt etməyə, bununla da immun sistemini dağıtmağa başladı. Belə ki, zəbt edilmiş hüceyrə qonşu hüceyrəyə SOS göndərməyə macal tapa bilmədi. Hüceyrələri MAT vəziyyətində qoymaqla onların informasiya ötürmə qabiliyyətini blokladı. Beləliklə, Kəskin tənəffüs virusu infeksiyalarının xarakterinı daşıyan bu virus ölümcül pnevmaniyaya çevrildi. Virus ciyəri zəbt etdiyi andan (ən ağır formasında) ciyərlərə su gəlmə əlamətiylə özünü göstərir və bədəni oksigenlə təmin etmək funksiyasını tam, və ya qismən itirir. Amma Koronavirusların rezonans doğuran ilkin əlaməti təkcə bu, deyil. (Qeyd: onlardan bir çoxu adicə soyuqdəymə əlamətləriylə də özünü göstərir)
2002-ci ildə Çinin Qaungjou şəhərinin çöl qüşları bazarında 774 həyatı aparmış, ümumilikdə isə 8 min insanı yoluxdurmuş (SARS) atipik pnevmaniya qeydə alınmışdı. 2012-ci ildə isə belə bir virus (eyni əlamətlərlə) Səudiyyə Ərəbistanında qeydə alınmış və 2494 nəfəri yoluxduraraq, 858 insanın canını almışdı.
2014-cü ildə də tez alışıb, tez sönən alov kimi Avropada da belə bir qrip dalğası qeydə alınmışdı.
Bu yoluxma dalğasının hər birində virus qəfil ortaya çıxıb, qəfil də yox olurdu. Sanki, alışan kibrit kimi anidən, bir neçə yüz insanın canını alaraq, sönürdü. Niyə bu belə baş verirdi? Çünki, virus insan orqanizmində inqubasiya dövrü keçmədən, o qədər tez öldürürdü ki, çox insanı yoluxdurmağa macal tapmırdı. Lakin Vuhan şəhərində qeydə alınan SARS CoV-2 özündən öncəki “dərsi yaxşı mənimsəmiş” və mutasiya edərək, formasını və taktikasını dəyişmişdi. İnqubasiya dövrünü uzadaraq, yoluxdurduğu insanı həmən öldürməməklə və əlamətləri gec göstərməklə zəbt etdiyi orqanizmdə oturaraq, başqa orqanizmlərə asanca yayılmağa başladı. Çin dövləti Vuhanda bir anda yüzlərlə insanın ölümüylə üz-üzə qaldı. Çünki, heç kimsə xəstəxanaya düşmədən, hər hansı xəstəlik qeydə alınmadan insanlar küçədə nəfəs çatışmamazlığından ölürdü. ..
2 ay bəs etdi ki, COVİD-19 adlandırılan Koronavirusun yeni mutasiyası 114 ölkəyə yayılaraq, 118 min insanın orqanizmini zəbt etsin!
Artıq bu gün 2020-ci il 23 mart və son məlumat: (nəzərə alın ki, bəzi ölkələr tərəfindən gizlədillən məlumatlar da var!) 189 ölkədə 332. 935 nəfər yoluxmuş, onlardan 14. 510-i canını tapşırmışdır…
Könül Rafiqqızı /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir