Gədəbəydə etiraza səbəb olan şirkət mədənin fəaliyyətini dayandırır – Açıqlama

Baxılıb:175
Gədəbəydə etiraza səbəb olan şirkət mədənin fəaliyyətini dayandırır – Açıqlama

Azərbaycanda qızıl, mis və gümüş hasilatçısı olan “Azerbaijan International Mining Company’ (AIMC) Söyüdlü kəndi yaxınlığındakı tullantı gölü ilə bağlı yerli əhalinin qaldırdığı problemlərlə bağlı açıqlama yayıb.

Şirkət Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 11-də keçirilən müşavirədə söylədiyi fikirlərə hörmətlə yanaşdığını və səsləndirdiyi iradları qəbul etdiyini bildirib.

Şirkət dərhal tədbirlər görərək məsələnin həlli istiqamətində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə yaxından əməkdaşlıq etdiyini qeyd edib:

“AIMC Azərbaycan Respublikası Baş Naziri Əli Əsədovun tapşırığı ilə yaradılmış Komissiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edir.

Bundan əlavə, cənab Prezidentin və ETSN-in göstərişi əsasında Komissiya müvafiq araşdırma və sonrakı qiymətləndirmə prosesində ekspertizasından və dəstəyinindən istifadə etmək üçün geoloji və dağ-mədən sahəsində konsaltinq xidmətləri göstərən “Micon International” (Micon) şirkəti ərazidə monitorinq keçirməsi üçün cəlb edib.

1 avqust 2023-cü il tarixində başlanacaq araşdırmaya qədər mədəndə əməliyyatlar davam edəcək. Bu tarixdən sonra isə altı həftə ərzində planlaşdırılan monitorinqin nəticələrinə qədər müəssisənin fəaliyyəti dayandırılacaq.

Sözügedən tədbirlərlə əlaqədar, AIMC həmçinin tullantılar üzrə konsaltinq sahəsində ixtisaslaşan tanınmış beynəlxalq mühəndislik şirkəti “Knight Piesold” ilə ETSN-nin sorğusuna uyğun olaraq tullantıların idarə olunması məqsədilə gələcək qiymətləndirmələrdə əlavə araşdırma aparmaq üçün müqavilə bağlayıb”.


Abunəlik