Ən çox şikayət edilən sığorta şirkətləri – SİYAHI

Baxılıb:124
Ən çox şikayət edilən sığorta şirkətləri – SİYAHI

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “AzSığorta” (4.98) olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı şikayət indeksində bildirilib.

“Atəşgah Sığorta” 3.36 indeksi ilə ikinci, “İpək Yolu Sığorta” isə 2,70 indeksi ilə üçüncü olub. Siyahıda yer alan “Azsığorta” və “İpək Yolu Sığorta” şirkətlərinin avtomobillərin icbari sığortası üzvə lisenziyası ləğv edilib. Hər iki şirkət yalnız mövcud müqavilələr üzrə öhdəliklərini icra edir. Bu isə o deməkdir ki, bazar üzrə ən yüksək narazlıq “Atəşgah Sığorta” ilə bağlıdır.

Qeyd edək ki, “Naxçıvan Sığorta” üzrə şikayətlər Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb.


Abunəlik