Bölgələrdə daha çox hansı müəllimlərə ehtiyac var?

Baxılıb:130
Bölgələrdə daha çox hansı müəllimlərə ehtiyac var?

MİQ üzrə imtahanlarda ən çox ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat müəllimləri iştirak edirlər.

Bunu jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, son illərdə imtahanlarda iştirak edən informatika müəllimlərinin sayı artıb.

Bundan əlavə, qeyd olunub ki, ingilis dili fənni üzrə müraciət edən müəllimlərin əksəriyyəti paytaxt üzrə vakansiyaları seçməyə üstünlük verir.

“Bölgələrdə texniki fənlər üzrə müəllimlərə ehtiyac çoxdur. Bu fənlər arasında xüsusilə fizika və riyaziyyat üstünlük təşkil edir”, – deyə o vurğulayıb.


Abunəlik