Bu status sosial şəbəkələrdə dindarların etirazına səbəb oldu

Baxılıb:293
Bu status sosial şəbəkələrdə dindarların etirazına səbəb oldu

Ruslan Rəsulzadə adlı facebook istifadəçisi dindar kütləyə müraciət səsləndirib. Tez bir zamanda diqqət çəkən status  eyni mənalı qarşılanmayıb. və inanclı şəxslərin etirazına səbəb olub. AzTimes.az saytı olaraq yazını olduğu kimi sizlərə təqdim edirik.

“Əziz və möhtərəm hacı namizədləri sizdən çox -çox xayiş edirəm o 4000 dolları aparıb ərəblərə yedirtmiyin.Ölkəmizdə o pula ehtiyacı olan milyonlarla ac yalavac insan varkən niyə sizin o halal pullarınızı harınlamış vahabi şeyxləri yeməlidi.Xəstəxanalarımızda hər gün onlarla uşaq orqan çatışmamazlığından ölür, anaları gözü yaşlı qalır.Siz isə gedib o səhrada şeytan daşlıyacaqsız.İnanın mənə sizin şeytana atdığınız o daşlar güllələrə çevrilib Suriyada, Yəməndə, Pakistanda yüzlərlə məsumun canını alacaq.Sizi başa düşürəm, hacı adı şərqdə dəbdədi amma inanın ki indi bu ada əvvəl ki tək hörmət etmirlər.Əksinə hamı hacılardan qaçır.Nəyə lazımdı axı ərəbin uydurduğu bir ada görə o qədər pul xərcliyirsiniz? Ondansa gül kimi “xeyriyyəçi” adını almağı qarşınıza məksəd qoyun.Vallah o ərəblər sizin qədrinizi bilmiyəcək amma o pulla bir körpənin həyatını xilas etsəs həm ömür boyu sizə duaçı olar həm sizində vicdanınız rahat olar.Əgər Allaha inanırsınızsa həccə getmiyin, xeyriyəçi olun.Hacı adı sizə təkəbbürdən başqa bir şey vermiyəcək.Özünüzü, adınızı lağ-lağı mərkəzinə çevirmiyin.Bu gün xəstəxanalar məkkədən daha müqəddəsdi çünki orda körpələr can verir və siz onların xilaskarı ola bilərsiz.Bir insana həyat vermək peyğənbərlərin belə çata bilmədiyi zirvədi.Sizi vicdanınızla baş başa buraxıram əziz qardaş bacılarım ya zirvəyə qalxın yada kütləyə qarışın….”

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir