Ehtiyatda olan polis polkovniki faciəvi şəkildə öldü

Baxılıb:180
Ehtiyatda olan polis polkovniki faciəvi şəkildə öldü

Ehtiyatda olan polis polkovniki Fazil Aslanov vəfat edib.

O, ötən gün elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hadisə Gədəbəyin Şınıx kəndində, Fazil Aslanova məxsus evdə baş verib.

Məlumata görə, 58 yaşlı Aslanovu evdə iş görən zaman elektrik cərəyanı vurub. Mərhum bu gün Saray qəsəbəsində torpağa tapşırılacaq.

Qeyd edək ki, Fazil Aslanovun son iş yeri Sumqayıt şəhər Polis İdarəsi olub. O, pensiyaya çıxmazdan öncə İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi vəzifəsində çalışıb. F.Aslanov bu vəzifəyə 2020-ci ilin avqustunda təyin edilmişdi.


Abunəlik