Oğlu həbs olunan ana fəryad edir-DİN-dən açıqlama/VİDEO

Baxılıb:129
Oğlu həbs olunan ana fəryad edir-DİN-dən açıqlama/VİDEO

Sözügedən video ilə bağlı Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan AzTimes.az-a verilən açıqlamada deyilir:

Salyan rayonu Aşağı Kürkənd kənd sakini T.Babaşov ötən ilin iyul ayında 2006-ci il təvəllüdlü A.K. ilə ailə həyatı qurub. Ailə qurduqdan sonra adıçəkilən şəxs yetkinlik yaşına çatmayan A.K-ni mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab verib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində müvafiq araşdırmalar aparılıb və cari ilin yanvar ayının 21-də T.Babaşovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.4 və 152.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ittiham aktı ilə birlikdə Salyan rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Abunəlik