Söyüdlüyə əlavə polis qüvvələri gətirildi

Baxılıb:139
Söyüdlüyə əlavə polis qüvvələri gətirildi

Söyüdlü kəndində gərginlik davam edir. Kənd əhalisi yaxınlıqdakı qızıl mədənindən  atılan tullantıların ətraf mühitə və insan sağlamlığına zərərli təsir göstərdiyini bildirir.

İyunun 27-də kəndə 4 avtobusda xüsusi təyinatlı polis bölmələrinin əlavə qüvvələri gətirilib.

Söyüdlü üzrə yaradılmış hökumət komissiyasının sədri, ekologiya naziri Muxtar Babayev dünən yenidən kəndə gəlib.

O bildirib ki, qızıl yatağından tullantıların atıldığı torpaqdan, havadan və süni göldəki sudan götürülmüş analiz nümunələrinin nəticələri iyunun 28-də məlum olacaq.

Bakıda fəallar Söyüdlü sakinlərinin hüquqlarını müdafiə etmək üçün “Söyüdlü” işçi qrupu yaradıblar.

İyunun 22-dən kəndə giriş bağlanıb, jurnalistlər və fəallar oraya buraxılmır.


Abunəlik