Təşəkkürlər…Razılıqlar… Minnətdarlıqlar…Təbriklər… Daxili İşlər Naziri,General-Polkovnik Vilayət Eyvazov Cənablarına!-Jurnalist Aybəniz Abdulova

Baxılıb:296
Təşəkkürlər…Razılıqlar… Minnətdarlıqlar…Təbriklər… Daxili  İşlər Naziri,General-Polkovnik Vilayət Eyvazov Cənablarına!-Jurnalist Aybəniz Abdulova

Bu gün  55  yaşını  müqəddəs gündə  tamamlamaq  xoşbəxtliyini yaşayarkən,  Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Cənablarına  ən xoş hədiyyə nə ola bilər?

Əlbəttə, ürəkdən  gələn  ən  xoş  sətirlər…

Hörmətli Cənab Nazir!

Doğum gününüz  nə xoş ki, İslam dünyasının ən müqəddəs bayramlarından biri  olan Qurban bayramına  təsadüf edir. Sizə bayram təbriki ünvanlanır və xoş arzular  çatdırılır. 

Şəxsən öz adımdan doğum gününüz münasibətilə böyük məmnuniyyətlə  sevinc və həyəcan dolu böyük fəxarət və qürur hissi ilə Sizdən  etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə ən səmimi təbriklərimi və ən xoş arzularımı  və  ən dərin ehtiramımı qəbul etməyinizi  xahiş edirəm.   Bu  ikiqat  bayram   Sizə möhkəm can sağlığı,  ailənizə xoşbəxtlik, süfrənizə ruzi-bərəkət, şərəfli  xidmətinizdə  yeni-yeni uğurlar  gətirsin!

Ömrümüz boyu Sizə minnətdarıq. Sizin şərəfinizə nə qədər xoş sözlər deyilsə də, nə qədər  məqalələr  yazılsa da, yenə azdır…

Bir sözlə, Vilayət ölkəmizin  Vilayətidir!  Tək  öz ata-anasının  oğlu  deyil. Hamımızın sevdiyimiz, fəxr etdiyimiz adı gələndə təşəkkür etdiyimiz  Şəxsiyyətdir. Onu  biz hamımız sevir, öz  doğmamız kimi hörmət bəsləyirik.

P.S.  Bu gün məmnuniyyət hissi ilə qeyd edirəm ki, Daxili İşlər Nazirliyinə   rəhbərliyiniz   etdiyiniz  illərdən bu günə kimi ölkəmizdə  oğurluq və qətl hadisələri əsaslı şəkildə azalaraq, dövlətimizin və xalqımızın  təhlükəsizliyi, asayişinin qorunması ən yüksək səviyyədə təşkil olunmuşdur.

Sözsüz ki, bu uğurların təmin olunmasında bizim təhlükəsiz şəraitdə yaşamağımız   və vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ilk növbədə Sizin göstərdiyiniz  diqqət və qayğınız  sayəsində  olmuşdur.  Bilavasitə, Sizin  peşənizə  sadiqliyiniz  dövlətə və xalqa şərəfli, vicdanlı  xidmətiniz olduqca təqdirəlayiqdir.

Azərbaycanın uğurlu inkişafında, Cinayətkarlığa və  Narkomaniyaya qarşı  amansız mübarizədə uğurlara  imza  ataraq  Siz  həqiqətən hamımızın rəğbətini qazanmısınız.

Media olaraq Sizin rəhbərliyinizlə  bu gün  Azərbaycan Polisinin böyük uğurlarının  şahidi  olmağımdan  məmnunluq duyuram. İnanıram ki, Daxili İşlər Nazirliyi Sizin rəhbərliyiniz altında  Azərbaycan Polisi  birlikdə  gələcəkdə daha çox uğurlara imza atacaq.

Cənab Nazir! 

Biz xoşbəxtik ki, Sizin kimi vətənpərvər, dövlətini, xalqını sevən Nazirimiz var!  Media olaraq hər zaman Sizinləyik! Sizin  həyata keçirdiyiniz uğurlu siyasəti  ürəkdən dəstəkləyir, Sizinlə fəxr edir, qürur duyuruq! Sizi sevirik!

Uca Tanrı Sizi və Azərbaycan Polisini qorusun!

Aybəniz ABDULOVA,

“Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü,
jurnalist araşdırmaçı
,yazar


Abunəlik