Xızı polisi şəhid ailələri ilə görüşüb

Baxılıb:192
Xızı polisi şəhid ailələri ilə görüşüb

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları verib, onları təbrik ediblər. Onların problemləri ilə maraqlanıblar.Görüşdə Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib.Köməklik edilən ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.


Abunəlik