Sevgilisini ərinin xalası oğlu kimi təqdim etdi… Bakıdakı qətlin təfərrüatları

Baxılıb:257
Sevgilisini ərinin xalası oğlu kimi təqdim etdi… Bakıdakı qətlin təfərrüatları

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Yadigar Cəfərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

AzTimes.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya 14 bıçaq xəsarəti yetirərək qəsdən öldürüb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.
Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsinə onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə dindirilmiş Yadigar Cəfərov ifadəsində bildirib ki, 2007-ci ildə Elnarə Musayeva ilə qeyri-rəsmi ailə həyatı qurub. Yaşadıqları dövrdə iki övladları dünyaya gəlib.

2011-ci ildə Beyləqan rayonundan Bakıya gələrək Binə qəsəbəsində torpaq sahəsi alıb 2 otaqlı ev tikib.

Təxminən 2015-ci ildən Elnarə ona heç nə demədən tez-tez evi tərk edib. Son zamanlarda hətta uşaqları ondan icazəsiz götürüb aparıb.

2021-ci il iyunun 2-də mübahisə zamanı Elnarəyə yumruqla xəsarət yetirdiyi üçün arvadı 3-cü polis bölməsinə məlumat verib. Xəzər RPİ-də CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə başlanılan cinayyət işi rayon məhkəməsinə göndərilib.

İyunun 7-də Elnarə ilə barışıq əldə olunduğuna görə o, cinayət məsuliyyətindən azad edilib. Həmin ərəfələrdə istifadə etdikləri elektrik enerjisinə görə borcu yarandığı üçün “Azərişıq” ASC-nin əməkdaşları evin işıqlarını kəsiblər. Bununla əlaqədar baş vermiş dava vaxtı o, işçilər təfərindən döyülüb. Onun xəsarət alması ilə bağlı başlayan işə də iyunun 8-də baxılıb.

Prosesdə o, “Azərişıq” əməkdaşları ilə barışdığı üçün işə xitam verilib. Həmin gün Elnarə artıq onunla yaşamaq istəmədiyini bildirib. Şəxsi əşyalarını götürmək istədiyini deyən arvadı ilə birlikdə evə gəlib.


Abunəlik