Bakıda yaşayış binasında yanğın: Generallar hadisə yerinə gəldilər – YENİLƏNİR

Baxılıb:267
Bakıda yaşayış binasında yanğın: Generallar hadisə yerinə gəldilər – YENİLƏNİR

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə FHN-dən bildirilib.

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədirlər.

Əlavə məlumat veriləcək.


Abunəlik