” COVİD-19″ – bu gün laqeydlik yolverilməzdir.

Baxılıb:221
” COVİD-19″ – bu gün laqeydlik yolverilməzdir.

Elm və texnologiyanın inkişafı pandemiyaların qarşısının alınmasında böyük rol oynayır. Son illərə qədər elmi inkişafın bütün pandemiyaların qarşısını alacağını düşünürdük. Lakin , bu gün dünyanın qlobal çağırışla üz-üzə dayandığını görürük. Bir neçə ay öncə sadəlövhcəsinə inandıqlarımız bu gün artıq fakt kimi qarşımıza çıxmaqdadır.Artıq bu gün bugünədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrünün keçmişdə qalması fikri alt – üst olmaqdadır. Sualların cavablardan hələ də çox olması paradoksal olsa da , bu danılmaz həqiqət mövcuddur. İstər bioloji , istərsə də təbii formada yaranmasından aslı olmayaraq , bu virus var və artıq SOS siqnalı çalınır.
“COVID-19” barədə kifayət qədər məlumat var. Yeni virus və ona yoluxmanın bütün fəsadları real zaman rejimində əsas dünya informasiya trendidir.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə, dünyada virusa yoluxanların sayı 198 737 nəfər, həlak olanların sayı 7989 nəfər, sağalanların sayı 82 779 nəfərdir. Pandemiya elan olunan epidemiya 167 ölkədə yayılıb.
Kifayət qədər böyük rəqəmdir . Və bu da təkzibolunmaz faktdır ki, dünya belə riskə hazır deyildi. Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər.
Bizim ölkəmizdə bu virusa yoluxma halları az olsa da , qabaqlayıcı tədbirlərin görülməsi təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün siyasi mənsubiyyətindən , bacarıq və səriştəsindən aslı olmayaraq hamı birlik və əzmkarlıq göstərməli , bu bəladan qurtulmaq üçün lazımı tədbirlər görülməlidir.
Ümumi səylərin isə mütləq nəticəsi olur. İnsanlığa biganə olmağa heç kimin ixtiyarı yoxdur. Tibb və biologiya üzrə düşünən beyinlər virusa qarşı immunitet vaksin tapacaq. Ölən biganəliyin isə vaksini heç vaxt tapılmayacaq. Biganəliyə qarşı immuniteti hər kəs özündə formalaşdırmalıdır. Bütün dünyada epidemiyanın sürətlə yayılması, onun pandemiyaya çevrilməsi bu xəstəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir. Virusun və xəstəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır. Buna görə də təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özümüzü və ətrafımızdakıları qorumağın əsas şərtləridir.
Hər birimiz vətəndaş məsuliyyəti nümayiş etdirməli , Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməliyik. Bu çağırışa siyasi partiyalar da qoşularaq , birgə proqramlarla bəlanın uzaqlaşması üçün ittifaq göstərməlidir. Ümid sədri kimi. Bu gün Ümid Partiyasının sədri İqbal Ağazadə virusun qarşısının alınana qədər bir sıra məcburi tədbirlərin həyata keçirilməsinin zəruriliyini özündə əks etdirən proqramla çıxış etdi. Digər partiyaların da bu işdə birlik və bacarıq göstərməyinin artıq vaxtı yetişmişdir. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə hamı birlik nümayiş etdirəcək. Bu gün laqeydlik yolverilməzdir.
Mehriban Sadıqova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir