Qızı narkotik aludəçisi olan qoca nəvəsi ilə küçədə yatır -VİDEO

Baxılıb:346
Qızı narkotik aludəçisi olan qoca nəvəsi ilə küçədə yatır -VİDEO

AzTimes.az xəbər verir ki, görüntüləri Kəmalə Ağazadə şəxsi Facebook hesabında paylaşıb.Verilən məlumatda bildirilir ki, danışan şəxs uzun illər Kürdəmir rayonunda məktəblərin birində direktor vəzifəsində çalışıb . Hal-hazırda azyaşlı nəvəsi ilə Bakı kücələrində gecələyən bu ağsaqqalın qızı narkotik istifadəçisidir.
“1940 cı il təvəllüdlü baba (ehtimal edirik ki, ruhi problemləri var), təxminən 2 yaşlı uşaq (davamlı olaraq yuxulu vəziyyətdə) Nərimanov rayonu ərazisində gecə saatlarında aşkarlanıb. Uşağın anası narkotik vasitələr aludəçisidir. Kürdəmir rayon sakinidirlər. Baba Kürdəmir məktəblərinin birində direktor vəzifəsində çalışıb.Məlumatı yazmaqda məqsədim ailənin həm də yaxınlarını aşkarlamaqdır.Bəlkə yardımçı olarlar…”

Görüntüləri sizə təqdim edirik:


Abunəlik