Terapevt: “Qəfil ürək tutması hər yaşda baş verə bilər. Nə etməli?”

Baxılıb:178
Terapevt: “Qəfil ürək tutması hər yaşda baş verə bilər. Nə etməli?”

“Qəfil ürək tutması hər yaşda baş verə bilər. Üstəlik, belə bir vəziyyətdə bir insanı xilas etmək şansları azdır, çünki ürək döyüntüləri çox tez dayanır”.

Rusiyanın tanınmış terapevtlərindən biri olan Maksim Maskin qəfil ölümlərin mümkün səbəblərindən danışıb.

Mütəxəssisin fikrincə, ürəyin qəfil dayanması ən çox mədəcik aritmiyaları səbəbindən baş verir, bu zaman miokard kəskin xaotik şəkildə büzülməyə başlayır ki, bu da insanın klini ölümünə səbəb ola bilər.

Həmçinin, sol mədəciyin miokardının hipertrofiyası və ya ürək divarının qalınlaşması, şəkərli diabet, arterial hipertoniya və qanda xolesterinin yüksək səviyyəsi insanın ölümünü sürətləndirir. Həkim əlavə edib ki, siqaret çəkənlərdə və artıq çəkidən əziyyət çəkən xəstələrdə qəfil ürək dayanması halları baş verə bilər.

Qəfil ürək dayanması bəzən sinə nahiyəsinə güclü zərbə nəticəsində, məsələn, döyüş zamanı, idmanla məşğul olarkən baş verə bilər. Son statistik məlumatlara görə, Rusiyada 100.000 sağlam gənc idmançıdan biri məşq zamanı qəflətən ölür.


Abunəlik