“Son zəng” tədbirləri ilə bağlı RƏSMİ AÇIQLAMA
Məktəblərdə “Son zəng” tədbirlərinin hansı qaydada keçirilməsi ilə bağlı yerlərə təlimatlar göndərilib.
Bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təlimatlara əsasən “Son zəng” tədbirləri məktəb həyətində, məktəbyanı sahədə keçirilməlidir:
“Təhlükəsizliyin təminatı ilə bağlı müəyyən təlimatlar da var.”Son zəng”in təşkili ilə bağlı məktəblər də məsuldur”.
Qeyd edək ki, bu il İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 26 453 şagird 11-ci sinifdən məzun olacaq.