Lənkəranda diş həkimi BIÇAQLANDI

Baxılıb:114
Lənkəranda diş həkimi BIÇAQLANDI

Lənkəranda diş həkimi bıçaqlanıb.

Hadisə şəhər ərazisində baş verib.

Belə ki, şəhər sakini Nihad Malızadə stomatoloq kimi çalışan həmyerlisi, 1985-ci il təvəllüdlü Cəlal Azadovu bıçaqlayıb.

Yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan “Report”a bildirilib ki, hadisəni törətməkdə təqsirli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.


Abunəlik