Azərbaycanlı biznesmen Rusiyada saxlanıldı

Baxılıb:410
Azərbaycanlı biznesmen Rusiyada saxlanıldı

Azərbaycanlı biznesmen Rusiyada saxlanıldı


“Lion Centre” MMC-nin direktoru, tanınmış iş adamı Ramil Aslanov Rusiyada saxlanılıb.

AzTimes.az xəbər verir ki, biznesmen Rusiya vətəndaşı olan azərbaycanlı həmkarı Anar Hüseynova məxsus “Andi” MMC-nin meneceri olduğu üçün tutulub. A.Hüseynovun “Andi” MMC adlı şirkətinin istehsal etdiyi “Cənab Sidr” içkisindən 30-dan çox insan ölüb, 100-ə yaxın insan zəhərlənib.

Qeyd edək ki, R.Aslanov indiyə qədər Çindən Azərbaycana məişət avadanlıqlarının gətirilməsi ilə tanınırdı.

Şirkət rəhbərinin özü məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs edilib. Onu 10 ilə qədər həbs cəzası gözləyir.(Unikal)


Abunəlik