Gənc yazardan Əməkdar Jurnalistə yubiley təbriki

Baxılıb:294
Gənc yazardan Əməkdar Jurnalistə yubiley təbriki

“Bu gün dəyərli ziyalı, Azərbaycan Radiosunda uzun illər böyük zəhmət sərf edərək qədim ənənələrimizi, folklorumuzu gələcək nəsillərə daşıyan, məşhur “Bulaq” verilişinin ssenari müəllifi, Əməkdar Jurnalist Tahir Talıblılının 71 yaşı tamam oldu. Tahir müəllim əsl türk ruhunun aləmdə təcəllasını tərənnüm edən işıqlı-nurlu bir ağsaqqalıdır. Onun kəliməsi, bir bənd şeiri min kitablıq fəlsəfəni, min ürəklik sevgini, min beyinlik təfəkkürü ehtiva edir. Mən, onun və onun yaradıcılığı haqqında söz demək məqamında olmasam da, yubiley gününü əsas tutaraq bir gənc kimi, onun şeirlərinin oxucusu kimi öz ürək sözlərimi ifadə etməyə cəsarət etdim sadəcə… Elə, həqiqətən də bulaq kimi süzülüb gələn, el ruhundan qidalanıb, Tanrı dərgahından mayalanan ilhamı ilə Tahir müəllim dəyərli ziyalı, lazımlı və peşəkar, qocaman jurnalistdir. Biz gənclər ondan çox şey öyrənməliyik. Tahir müəllimin şeirləri Qorqud mayası ilə yoğrulub, irfan-təsəvvüf məqamına yüksəlib. Onun şeirlərini oxuduqca min illərin keçməkeşli tarixləri, ozanların deyimləri, sufilərin zikrləri, dədələrin nəsihətləri, aşiqlərin eşqləri yenidən canlanır, oxucunun özünü də sirli-sehrli bir aləmə aparır… Tahir Talıblı el dilində, el ruhunda yazan-yaradan, öyrənib öyrədən mükəmməl bir ustaddır. Onun qəlbinin və qələminin zənginliyi, onun daxili aləminin kamilliyinin, ucalığının, ülviliyinin təzahürüdür. Nəsimi nəfəsli şeirləri, Füzuli yanğılı yazıları insanı ancaq kamilliyə aparan böyük ustadın yeni yaşını qutlayıram, ona can sağlığı arzulayıram.” Biz də AzTimes.az saytıolaraq təbriklərə qoşulur, yublyara can sağlığı və uğurlar arzulayırıq.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir