Yeni sistem bu gündən işə düşür: Cəriməni kim yazacaq?

Baxılıb:101
Yeni sistem bu gündən işə düşür: Cəriməni kim yazacaq?

Sabahdan evini sığorta etdirməyən vətəndaşlar cərimələnəcək.

Söhbət dövlət qeydiyyatına alınmış və çıxarışı olan evlərdən gedir. Daşınmaz əmlakın icbarı sığortası ilə bağlı yeni elektron sistemin işə düşməsilə bu proses avtomatik həyata keçiriləcək.

Hüquqşunas Rəhim Xoyski “Xəzər Xəbər”ə bildirib ki, sözügedən cərimələr qanunvericilikdə daha əvvəldən nəzərdə tutulsa da icra orqanlarının qarşılıqlı kommunikasiyalarının zəif qurulması nəticəsində tətbiq olunmurdu. Ancaq sistemin elektronlaşdırılması mexanizmə nəzarəti artırmağa imkan verəcək. Bununla yanaşı, yenə də cərimələnmə mexanizmində müəyyən boşluqlar və qeyri-müəyyənlik qalmaqda davam edir.

Hüquqşünas əlavə edib ki, cərimə olunan vətəndaşlar daşınmaz əmlaklarını sığorta etdirməsələr 20 gün sonra təkrar cərimələnəcəklər. Onun sözlərinə görə, sığorta şirkətlərinin vətəndaşlara zəng edərək müxtəlif üsullarla onları sığorta müqaviləsinə məcbur etməsi isə qanun pozuntusudur.

Qeyd edək ki, daşınmaz əmlakın sığortalanmamasına görə fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat cərimə tətbiq ediləcək.

Mənzillərin icbari sığorta məbləği Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvanda 40 AZN, digər rayonlarda isə 30 AZN-dir.


Abunəlik