Bakıda yanğın oldu: Üç nəfər tüstüdən zəhərləndi
Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağına yığılan məişət və taxta tullantıları 15 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.