Xaşxaş əkdi-Polis ifşa etdi

Baxılıb:158
Xaşxaş əkdi-Polis ifşa etdi

Hacıqabulda həyətində xaşxaş yetişdirən şəxs saxlanılıb


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həyətində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən rayon sakini Mehman Əlihüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və yaş çəkisi 7 kiloqram olan 22 ədəd xaşxaş bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Abunəlik