Avtomobil qəzası keçirmiş vətəndaş nazirə müraciət etdi
Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti yaşayan Əmir Məmmədov AzTimes.az saytına müraciət edərək bildirir ki,
01.05.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı bədən xəsarəti almışdım. Baş vermiş hadisə ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılmış və mənə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən köməklik göstərilmişdir. Cənab nazir! Bu səbəbdən sizə və Nərimanov RPİ-nin rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm.