Azərbaycana minlərlə bu maşından gətirilir – Qiymətləri ucuzlaşacaq?

Baxılıb:167
Azərbaycana minlərlə bu maşından gətirilir – Qiymətləri ucuzlaşacaq?

Bu il avtomobil idxalının kəskin artması nəticəsində Azərbaycana 433,15 milyon ABŞ dolları dəyərində maşın daxil olub.

Yanvar-aprel ayı ərzində ölkəyə 29 855 avtomobil idxal olunub.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu, ölkədə ictimai nəqliyyatın inkişafının zəif olmasıyla əlaqədardır. Hər kəs şəxsi avtomobil almağa üstünlük verir.

“Xüsusilə hibrid avtomobillərinə maraq artıb”.

Bildirilib ki, idxalının artması avtomobil qiymətlərinin ucuzlaşmasına səbəb olmayacaq:

“Çünki maşın bazarında qiymət alverçilər tərəfindən tənzimlənir”.

Yük daşımaq üçün iri nəqliyyat vasitələrinin idxalında da artım var. Çünki işğaldan azad olunan ərazilərdə belə avtomobillərə tələbat çoxdur.

Ölkəyə gətirilən avtobusların sayında isə azalma var:

“Bu da dizel yanacağına qoyulan subsidiyanın götürülməsi ilə bağlıdır”.

Ekspert deyir ki, ölkədə avtomobil idxalının artımı ilin sonunadək davam edəcək.


Abunəlik