Şirvan polisi kollec tələbələri ilə görüşdü

Baxılıb:391
Şirvan polisi kollec tələbələri ilə görüşdü

AzTimes.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecdə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.


Tədbirdə çıxış edən Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Bildirib ki, gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən ciddi mübarizə aparılır, zərərli maddələrin qurbanına çevrilən insanların normal həyata qayıda bilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilir.
Mövzu ətrafında çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, eləcə də digər iştirakçılar da narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, narkotik vasitələrin fəsadlarından danışaraq, tələbələrə dəyərli tövsiyələr veriblər.
Tədbirin sonunda narkomaniyanın fəsadlarından bəhs edən film nümayiş etdirilib və iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Abunəlik