Xəqani Hüseynov bu səbəbdən həbs edilib
Xəbər verdiyimiz kimi, “TikTok” sosial şəbəkəsində özünü xeyriyyəçi kimi tanıdan Hüseynov Xəqani (Xaqocan) həbs edilib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, “Xaqocan” 10 sutka müddətində həbs edilib:
“Xəqani Hüseynov sosial şəbəkə istifadəçisi Azər Əmirovun müraciəti əsasında Nərimanov rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə (Xırda xuliqanlıq) əsasən inzibati tənbeh tədbiri tətbiq olunub. Məhkəməyə verilib və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs edilib”.