Kişilər niyə qadınlardan daha asan arıqlaya bilir?

Baxılıb:182
Kişilər niyə qadınlardan daha asan arıqlaya bilir?

Testosteron hormonu və əzələ inkişafı sayəsində kişilər qadınlara nisbətən daha asan arıqlayır.

Bunun üçün daha çox məşq etməli, düzgün qidalanmalı və spirtli içki qəbul etməməlisiniz.

Bu sözləri tanınmış diyetoloq, tibb elmləri namizədi Yelena Solomatina “Vzqlyad” qəzetinə müsahibəsində deyib.

“İdmanla məşğul olan bir kişi çox qısa zamanda formaya düşəcək. Qadınla müqayisədə kişiyə bunu əldə etmək daha asandır. Bundan əlavə, o, əzələ kütləsini daha tez yığır. Və əzələ kütləsi nə qədər çox olarsa, orqanizm qidanı bir o qədər tez mənimsəyir və kalori yandırır”, – ekspert bildirib.

Diyetoloqun fikrincə, kişilərdə əzələ kütləsi hətta otaq temperaturunda istirahətdə belə daha çox enerji sərf edir. Məlum olub ki, kişilərdə daha çox kalori sərf olunur. Kişi cinsi hormonu testosteron da istənilən yük altında əzələlərin böyüməsinə təsir göstərir.

Həkim həmçinin arıqlamaq istəyən hər kəsə kifayət qədər yatmağı tövsiyə edib. Beləliklə, bədən tam istirahət edir. Əks halda insan yağlı və şirin yeməklərə can atacaq. Yeri gəlmişkən, yemək rejimi də olmalıdır, həmçinin təmiz su içmək lazımdır. Mütəxəssis vurğulayıb ki, bütün günü ac qalmaq, axşam isə bədəninizi qida ilə doldurmaq olmaz. Axşam saatlarında çox miqdarda yesəniz, bədənin onu həzm etməyə vaxtı olmayacaq.

Arıqlamaq üçün Solomatina spirtli içkilərdən və müxtəlif qəlyanaltılardan imtina etməyi məsləhət görüb. Mütəxəssis bildirib ki, kişilərdə bel ölçüsünün 94 santimetri keçməsi piylənmənin başlıca əlamətidir. Bu vəziyyətdə həkimə müraciət etməlisiniz.


Abunəlik