Göyçayda “mahşurut dayanacağı” daha da bərbad vəziyyətə düşüb – BAXIMSIZLIQ
Göyçay sakinləri bu “mahşurut dayanacağı”nın nə zaman yenisi iləəvəz ediləcəyini səbirsizliklə gözləyir. AzTimes.az xəbər verir ki, hər an uçma təhlükəsi ilə qarşı-qarşıya qalan dayanacaq Göyçay rayonu Heydər Əliyev küçəsi, 9 saylı məktəbin qarşısinda yerləşir. Məktəb yaxınlığında yerləşməsi burada hər gün məktəblilərin bu dayanacaqdan istifadə etməsi deməkdir. Təsəvvür edin ki, hər gün dayanacaqda marşrut gözləyən qadın, uşaq, qoca, insanların faciə ilə üzləşməsi an məsələsidir