Rüşvətə görə tutulan AQTA-nın sabiq idarə rəisi ilə bağlı qərar verildi

Baxılıb:126
Rüşvətə görə tutulan AQTA-nın sabiq idarə rəisi ilə bağlı qərar verildi

Ali Məhkəmədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional bölməsinin rüşvətə görə həbs edilən sabiq rəisi Rauf Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Hakim Ələsgər Novruzovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Həsənova 1 il dövlət orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd: İdarə rəisi 2021-ci ilin 10 fevralında həbs edilib. Aparılmış istintaq tədbirləri ilə R.Həsənovun AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində Bərdə rayonu Kələntərli qəsəbəsində yerləşən pendir sexinin sahibindən 1200 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına, sexin fəaliyyətinin yenidən dayandırılmasından sonra təkrarən açılmasına köməklik göstərəcəyini vəd verməklə vətəndaşı aldadıb 1000 manat məbləğində pulunu ələ keçirməsi müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) və 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə iş açılıb.


Abunəlik