Bakıda “AST Telman”ın qohumunun “Ferrari“ dələduzluğu – MƏHKƏMƏ

Baxılıb:141
Bakıda “AST Telman”ın qohumunun “Ferrari“ dələduzluğu – MƏHKƏMƏ

Bakıda “AST Telman”ın qohumunun “Ferrari“ dələduzluğu – MƏHKƏMƏ
Bakı Apellyasiya Məhkəməsində oğurluqda və dələduzluqda təqsirli bilinən Vüqar Babayevin barəsindəki hökmdən apellyasiya şikayətinə baxılıb.
“Report”un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü Vüqar Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq), 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 178-ci (külli miqdarda ziyan vurmaqla dələdulzuq) maddələrilə təqsirli bilinib.
V.Babayev məhkəmədə ifadə verərəkən “AST Telman” kimi tanınan və Rusiyada yaşayan iş adamı Telman İsmayılovun qohumu olduğunu deyib. O bildirib ki, anası T.İsmayılovun qardaşı Çingiz İsmayılovun qızıdır.
V.Babayev qonşusu Elmar Heybətova qarşı dələduzluqda ititham edilib.
İttihama görə, V.Babayev onun “Ferrari”sini alsa da, pulunu ödəməyib.
V.Babayev ifadəsində deyib ki, lüks maşın həvəskarı olub və ən bahalı maşınları almağa, sürməyə böyük həvəsi olub.
O, “Maseratti”, “Ferrari”, “Mercedes”, BMW və bir çox məşhur avtomobil firmalarının lüks modellərinə sahib olduğunu deyib. Maşınların qiyməti isə 200-500 min dollar arasında dəyişib.V.Babayev binanın mühafizəçisindən eşidib ki, qonşusu “Ferrari”sini 230 min dollara satmaq istəyir. O, avtomobili almaq istədiyini bildirib. Deyib ki, pulun bir hissəsini bankdan götürəcək. Qonşu ona bu maşına görə etibarnamə verib. V.Babayev hissə-hissə 70 min dollar ödəsə də, qalan məbləğ verilmədiyinə görə E.Heybətov ondan polisə şikayət edib.
V.Babayev məhkəmədə deyib ki, özünü qismən təqsirli bilir. Onun sözlərinə görə, qonşusunu aldatmaq fikri olmayıb, amma ondan asılı olmayan səbəblərdən pulu ödəyə bilməyib.
Bundan başqa, Vüqar Babayev kirayədə yaşadığı mənzilin əşyalarını oğurlamaqda da ittiham edilib. V.Babayev bu ittihamı ümumiyyətlə qəbul edib.
O, maşınlarını, evini satdıqdan sonra kirayə qaldığı mənzildən mikrodalğalı soba, televizor və qabyuyan maşını oğurlamadığını, onları xarab olduğuna görə tulladığını bildirib.
Həm Elmar Heybətov, həm də evin sahibi Fərəh Qurbanova bu iş üzrə zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmişlərdən E.Heybətov alternativ enerji təminatçısı “Alten Group”un icraçı direktorudur.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir