Saat 22:00-dan 07:00-a kimi səs-küy salmaq QADAĞAN EDİLİR

Baxılıb:157
Saat 22:00-dan 07:00-a kimi səs-küy salmaq QADAĞAN EDİLİR

Rusiyada vətəndaşların sakitliyə riayət edilməsi haqqında qanun layihəsi Federasiya Şurasında dəstəklənib.

Belə ki, yeni qanun layihəsi bütün regionlarda saat 22:00-dan 7:00-a qədər səs-küyə qadağa qoyulmasını, iş günlərində isə iki saatlıq fasilə ilə səhər saat 9:00-dan 19:00-a qədər tikinti işləri üçün vaxt təyin etməyi təklif edir.

“Çoxmənzilli binalarda yaranan səs-küy problemi bütün sakinləri narahat edir. Rusiya Federasiyası qanunların təsirinə baxmayaraq, bu problem qalmaqdadır. Bu məsələni tənzimləyən vahid qanun lazımdır”, – Federasiya Şurasının üzvü Anatoli Artamonov bildirib.

Qanunvericilərin fikrincə, vahid normanın tətbiqi insanların həyatını asanlaşdıracaq.

Qeyd edək ki, 28-55 yaş arası kişi və qadınlar arasında aparılan sorğunun nəticələrinə görə, vətəndaşların 60%-dən çoxu səs-küylü qonşulardan əziyyət çəkir.


Abunəlik