Millət vəkili və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı seçicilərə Ramazan bayramı sovqatı payladı

Baxılıb:249
Millət vəkili və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı seçicilərə Ramazan bayramı sovqatı payladı

AzTimes.az xəbər verir ki, aprelin 21-də Sumqayıt şəhərindən seçilən Milli Məclisin deputatları Hicran xanım Hüseynova və Tahir Mirkişilinin müraciəti əsasında, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının dəstəyi ilə seçicilərə, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə Ramazan bayramı ilə əlaqədar bayram süfrəsi üçün sovqatlar paylandı.

Vətəndaşların qayğısına qalmaq həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər. Hər bir sahədə olduğu kimi, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir.

Deputat Hicran xanım Hüseynova bu xoşməramlı tədbirə görə, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan bu müqəddəs bayramda edilən yardımla bağlı Qızıl Aypara Sumqayıt şəhər bölməsinin sədri Mətanət xanım Məhərrəmovaya və könüllürlərə dərin minnətdarlığını bildirib.


Abunəlik