4 saylı Təcili Tibbi Yardım Bölməsində baş vermiş hadisə ilə bağlı AÇIQLAMA

Baxılıb:294
4 saylı Təcili Tibbi Yardım Bölməsində baş vermiş hadisə ilə bağlı AÇIQLAMA

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 saylı bölməsinin sürücüsü Əzizov Mirəziz Mirabbas oğlu stansiyada baş verən neqativ hallarla bağlı yerində yoxlama və araşdırmanın aparılmasının təşkil olunması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib.
 

Sözügedən şəxsin şikayətləri nəzərə alınaraq  onunla TƏBİB-də görüş keçirilib və narazılıq bildirdiyi məqamlar dinlənilərək qeydə alınıb, eyni zamanda araşdırılıb.

Qeyd edilən 4 saylı bölməyə baxış keçirilib, yerində araşdırma aparılıb. Heç bir əsaslı nöqsan aşkar edilməyib.

Bundan başqa, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının rəhbərliyi tərəfindən şikayətdə adları çəkilən şəxslərin iştirakı ilə geniş tərkibdə iclas keçirilib, qeyd olunan iddiaların araşdırılması təmin edilib.

 
Hazırda TƏBİB-in Daxili nəzarət və monitorinq departamenti tərəfindən də məsələnin geniş araşdırlması həyata keçirilir.

AzTimes.az


Abunəlik