Bugün Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, Kamran Hüseynovun anım günüdür

Baxılıb:147
Bugün Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, Kamran Hüseynovun anım günüdür

Bu gün əziz atam, “Şöhrət” ordeni laureatlı, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Kamran Hüseynovun anım günüdür.

Kamran Hüseynovun ömür yolu Azərbaycanın Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevlə eyni zamana təsadüf etmiş, ehtimadını doğruldaraq hər zama onun yanında olmuş və bir sıra rəhbər vəzifələr tutmuşdur. Atam Ulu Öndər haqqında çox böyük hörmətlə danışardı və Azərbaycan dövləti, xalqımız üçün, Azərbaycanın daha da inkişafı naminə çəkdiyi zəhmətlərin, göstərdiyi səylərin və apardığı mübarizənin canlı şahidi olduğunu qeyd edirdi. Qəlbimizdə tək valideyin kimi yox, müəllim kimi də yaşayan Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən biri, ölkəsini və xalqını keçmiş İttifaq miqyasında və beynəlxalq səviyyədə ləyaqətlə təmsil edən dövlət və ictimai-siyasi xadim idi.

Kamran Hüseynov Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri daim yüksək fəxr hissi ilə qeyd olunaraq, onun cəsarət və qorxmazlığını, insanlara və hadisələrə münasibətdə ədalətə arxalanmasını daim ön plana çəkmişlər. Onun şəxsiyyətinin gücünü də məhz bunda aramışlar. Bu gündə atamın əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla anılır.

Həyatını xalq işinə, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən ictimai və dövlət xadiminin əməyinə verilən qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənəb İlham Əliyevə sonsuz razılıq və minnətdarlığımı bildirirəm. 10 il əvvəl Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən atamın 100 illik yubileyi keçirilmişdir. Həmin sərəncam ictimai və dövlət xadiminin əməyinə verilən qiymətdir.

Respublikamızın quruculuq salnaməsində silinməz izlər qoymuş bu yurdsevər insanın bir çox yadigarları bu gün də ölkəmizin xidmətindədir. 2006-cı il aprelin 19-da 93 yaşında haqq dünyasına qovuşan, Bakıda Fəxri Xiyabanda uyuyan müdrik bir insanın – Kamran Hüseynovun qəbri onu həmişə hörmət və ehtiramla yad edənlərin ziyarət yeridir.

Kamran Hüseynov cismən bizdən ayrılsa da, bu gün də hər kəs tərəfindən xatırəsini əziz tutduqları Vətən oğlu, el ağsaqqalı kimi yaddaşlarda yaşamaqdadır. Onun nurlu xatirəsi indiki nəsillər üçün əziz və unudulmazdır.

Atamın və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla yad edirik.

Millət vəkili Hicran Hüseynova /AzTimes.az/


Abunəlik