Marketlərdə satılan ətlər təhlükəlidir?

Baxılıb:152
Marketlərdə satılan ətlər təhlükəlidir?

“Bəzən supermarketlərdə ətlərin nisbətən bazardakından ucuz olduğunu müşahidə edirik”.

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyinə gələn çoxsaylı məlumatları ümumiləşdirdikdə məlum olur ki, bəzən supermarketlərdə yaşlanmış, lakin sağlam heyvan əti satılır:

“Yaşlı heyvanların əti satılır, ona görə nisbətən ucuz olur. Lakin bu ətlər təhlükəsizdir. Çünki Qida Təhlükəsizliyi Agentliyi onlara nəzarət edir. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün mallar bükülməlidir, onun üzərində buraxılma tarixi, yararlıq müddəti olmalıdır, hansı fermadan gəldiyi göstərilməlidir və sair”.

Ekspert təəssüflə qeyd etdi ki, çox vaxt ətlərin açıq satışına rast gəlinir.

“Bu da istehlakçıların hüququnun pozulması kimi qiymətləndirilə bilər. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələlərə də son qoyacaqdır. İstehlakçının hüququ var ki, ətin mənşəyi barədə sənədləri satıcıdan tələb etsin, satıcı isə onu göstərməyə borcludur. Problem olarsa, 1003 qaynar telefon xətlərinə məlumat vermələrini tövsiyə edirəm”, – deyə E.Hüseynov bildirdi.


Abunəlik