İlham İsmayılın oğlu ilə bağlı qərar verildi

Baxılıb:214
İlham İsmayılın oğlu ilə bağlı qərar verildi

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu Cavidan İsmayılzadə sərbəst buraxılıb.

Saxlanılmasının səbəbi haqda danışan Cavidan İsmayılzadə deyib ki, 15 gün Bruno şəhərində nəzarətdə qalıb:

“Azərbaycandakı İnterpolun Milli Mərkəzi Bürosundan məlumat gəldi ki, adımı axtarışdan çıxarıblar, dərhal azad olunmalıyam”.

Bir neçə gün davam edən araşdırma zamanı məlum olub ki, Cavidan İsmayılzadəyə qarşı irəli sürülən ittihamlar hələ 2017-ci ildə sonlandırılıb və bəzi anlaşılmazlıqlar səbəbindən yenidən axtarışa verilib.

“Məsələlərə aydınlıq gətiriləndən sonra Azərbaycan İnterpolu aprelin 7-də Çexiya Prokurorluğuna, İnterpola mənim sərbəst buraxılmağımla bağlı və Azərbaycan hüquq-mühafizə orqanlarında heç bir cinayət işinin olmadığı barədə məlumat göndərib. Avropada pasxa bayramı dövlət səviyyəsində qeyd olunduğundan yalnız aprelin 11-də sərbəst buraxılmışam”.

Cavidan İsmayılzadə hazırda yeddi ildir yaşadığı Almaniyadadır.

Dəfələrlə başqa ölkələrdə, elə Çexiyada səfərdə olan Cavidan İsmayılzadənin niyə indi saxlanmasına özü belə aydınlıq gətirib:

“Mənimlə bağlı axtarış martın 14-də verilib. Ona qədər axtarışda olmamışam. İnterpola yeni komanda gəlib və görüb ki, CM-nin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə açıq bir məsələ var. Ona görə də axtarışı yeniləyiblər. Ancaq bu problem həll olunub”.

Qeyd edək ki, C.İsmayılzadə barəsində Azərbaycanda 2016-cı ildə cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunub. Belə ki, Cavidanın tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adı ilə 970 min avro pulu mənimsədiyi iddia edilib. Həmin ərəfədə o, Almaniyada olub. Buna görə də İnterpol axtarışına verilib.


Abunəlik