Hicran Hüseynova “Ümid Günəşi” adlı ədəbi-bədii gecədə iştirak etdi

Baxılıb:211
Hicran Hüseynova  “Ümid Günəşi” adlı ədəbi-bədii gecədə iştirak etdi

AzTimes.az xəbər verir ki, aprelin 4-də Heydər Əliyev Sarayında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) media tərəfdaşlığı ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş “Ümid Günəşi” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, tələbələr, ictimaiyyət və media nümayəndələri ilə birlikdə iştirak edib.


Abunəlik