Avropa ölkələri Türkiyə ilə sərhədə qoşun yığır
Türkiyə-Yunanıstan sərhədində vəziyyət nəzarətdən çıxıb. Miqrantlar yunan əsgərlərlə döyüş durumundadır. İndiyə qədər ölənlər və yaralananlar olub.
Bizimyol.info xəbər verir ki, Avropa ölkələri Yunanıstan tərəfdən Türkiyə ilə sərhədə qoşun yığır. Konkret Polşa və Avstriya belə qərar qəbul edib. Hər iki ölkənin əsgərləri miqrantların Avropaya keçməsinə mane olacaq.
Türkiyə keçən həftə Yaxın Şərqdən olan əcnəbilərin Avropaya üz tutmasına şərait yaratmaq qərarına gəlmişdi. Miqrantlar daha çox Pazarkule keçid məntəqəsinə üz tutmuşdu. Yunan sərhədçilər onların qarşısına almaq üçün bütün metodlardan istifadə etməyə başlamışdı.
AzTimes.az