Qrıza 20 sm qar yağıb – FAKTİKİ HAVA

Baxılıb:154
Qrıza 20 sm qar yağıb – FAKTİKİ HAVA

Yağıntılar aprelin 2-si gündüz qərb rayonlarından başlayaraq kəsilib, 3-də isə səhərədək şərq rayonlarında davam edib, dağlıq rayonlarda qar yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı faktiki hava ilə bağlı məlumatında bildirilib.

Qar örtüyünün hündürlüyü Qrızda 20 sm, Lerikdə 4 sm olub.

Son sutka ərzində düşən yağıntının miqdarı Göygöl, Sabirabad, Qrızda 4.0 mm, Şahdağ, Xaltanda 3.0 mm, Yardımlı, Lerik, Qobustan, Ağsu, Balakən, Zaqatala, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Şabran, Göyçay, Kürdəmir, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Göytəpədə 2.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 15.0 mm (aylıq normanın 61 %-i), Binədə 14.0 mm (aylıq normanın 61 %-i), Pirallahıda 6.0 mm, Neft Daşlarında 3.0 mm, Bakıda 2.0 mm, Çilov adası, Ələtdə 1.0 mm-dək olub.

Qərb küləyi arabir Şahdağ, Daşkəsəndə 20 m/s, Qrız, Altıağacda 16 m/s, Göygöldə 15 m/s-dək güclənib.

Naftalan, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Biləsuvar, Bərdə, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-800 metrədək məhdudlaşıb.

Havanın temperaturu aprelin 2-də Bakıda iqlim normasından 2.2° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 0-5° isti, dağlıq rayonlarda 6°-dək şaxta, aran rayonlarında 4-7°isti olub.


Abunəlik