Tokayev yeni xarici işlər naziri TƏYİN ETDİ
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Murat Nurtleun baş nazirin müavini – xarici işlər naziri təyin edilib.
Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Nurtleu Murat Abuqaliyeviç Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilərək Qazaxıstan Respublikasının Baş nazirinin müavini – Xarici İşlər Naziri təyin edilsin”, – sərəncamda deyilir.